Cofrance SARL (AVIAV TM) şirkəti haqqında

Cofrance SARL (AVIAV TM), əsası 10 ildən çox Nitsada qoyulan avia broker şirkətidir. Bu gün fransız firması dünyanın 117 ölkəsində nümayəndəliklərə malikdir və fəaliyyət göstərir.

Bizim fəaliyyətimizin sahəsi işgüzar, tibbi və yük aviasiyasıdır. Biz aşağıdakı növ xidmətləri göstəririk:

  • təyyarə və vertolyotların icarəsi,
  • təyyarələrin satışı, tuningi və istehsalı,
  • ticari idarəetmə (təyyarələrin və vertolyotların dəstəklənməsi və təminatı)
  • kosmik və aviasiya sığortası
  • hüquqi dəstək (aeroportlar, aviaşirkətlər daxil olmaqla böyük mübahisələrin həlli)
  • aviasiya ekspertlərinin konsaltinq xidmətləri.

 

Cofrance SARL (AVIAV TM) beş qitədə fəaliyyət göstərir. Bazarda ən böyük oyunçu kimi, 100 mindən çox təyyarəyə əli çatan şirkət dünyanın aparıcı təyyarə istehsal korporasiyaları, hava limanları və aviaşirkətləri ilə əməkdaşlıq edir. Biz fiziki şəxslər və təşkilatlar üçün işguzar, tibbi və yük uçuşları təmin edirik.

Cofrance SARL (AVIAV TM) şirkətinin təsisçisi və icraçı direktoru Vitali Arxangelskiy artıq 20 ildir ki aviasiya sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində şirkət, Avropanın, Rusiyanın və dünyanın müxtəlif yerlərində təyyarə və hava limanlarının idarə olunması sahəsində təcrübə əldə edib. Bu gün baş ofis Nitsanın mərkəzində, əfsanəvi Neqresko oteli yanında yerləşir.

Şirkətin sığorta və kreditləşdirmə sahəsində fəaliyyəti Fransanın dövlət təşkilatı ORIAS (N 14005763) tərəfindən tənzimlənir, biznes ISO 9000 standartı üzrə sertifikatlaşdırılıb. Şirkət öz işində (TQM – Total Quality Management) prinsipinin tətbiq edir – keyfiyyətin tam idarə edilməsi.

Cofrance SARL (AVIAV TM) planetin ən böyük aviasiya assosiasiyalarına daxildir:

  • EBAA (European Business Aviation Association),
  • NBAA (National Business Aviation Association),
  • EBAA France

– xidmət keyfiyyəti və təhlükəsizlik standartları aparıcı beynəlxalq peşəkar təşkilatlar tərəfindən yoxlanılıb və qiymətləndirilib (sertifikatlaşdırılıb).

  • Wyvern Ltd. (uçuşların təhlükəsizliyin təmin olunmasının lider sektoru),
  • ARGUS International (çoxsəviyyəli hərtərəfli yoxlamanı həyata keçirən transmilli auditor şirkəti),

– artıq 7 ildir ki sahə üzrə sərgilərdə ən böyük oyunçu olaraq qalır,

– öz fəaliyyəti sahəsində beynəlxalq tələblərə cavab verir,

– müasir KYC prosedurlarından istifadə edərək AML siyasətini həyata keçirir.

 

Bizim iri sazişlərimiz London, Paris, Tokio və Vaşinqtonun aparıcı hüquq şirkətləri vasitəsilə həyata keçirilir. Müştərilərin pul vəsaitləri Fransanın CIC Bankında xüsusi müştəri hesablarında saxlanılır və mühasibat şöbəsi Fransanın CERES şirkəti tərəfindən idarə olunur. Cofrance SARL (AVIAV TM) peşə məsuliyyət 20 milyon ABŞ dolları məbləğində sığortalanıb.

Şirkət istənilən sazişin müşayiəti zamanı istifadəyə hazır kompleks aviasiya çarter təminatını təqdim edir. Ən yeni elektron servislər, müasir mühafizə sistemlərindən istifadə etməklə müştəriyə uzaqdan xidmət etməyə imkan verir. Sahənin ən yaxşı mütəxəssisləri müştərilərə 24 saat ərzində məsləhət və dəstək verməyə hazırdır.

Cofrance SARL (AVIAV TM) işgüzar aviasiya sahəsində sizin əvəzolunmaz partnyorunuzdur.